guel_3
guel_3

 

Azərbaycan dilinin orfoqrafiya qaydaları

 

 

Sözlərin deyilişi və yazılışı

 

Yazıda orfoqrafiya normalarının pozulması çox zaman deyilişi və yazılışı fərqlənən sözlərdə müşahidə edilir. Bir sıra orfoqrafiya və orfoepiya normaları var ki, onları bilməklə sözlərin orfoqrafiyasında yol verilən tipik xətaların qarşısını almaq mümkündür. Aşağıda həmin qaydalar və bu qaydalarda mövcud olan istisnalar verilir. Bu qaydaların bir çoxu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” sənədində öz əksini tapmışdır.

 

 

Sözlərdə saitlərin yazılışı

 

1.1 “O”, yoxsa “a”

Bir sıra alınma sözlərin tərkibindəki “o” saiti vurğulu hecadan əvvəl işlənəndə bəzən səhv olaraq “a” kimi yazılır:

Doğru

Yanlış

konsert

kansert

poema

paema

laborant

labarant

 

1.2 “Ü”, yoxsa “yu”

Avropa mənşəli alınma sözlərdə “ü” saiti bəzən səhv olaraq “yu” kimi yazılır:

Doğru

Yanlış

büro

byuro

kompüter

kompyuter

alüminium

alyuminium

 

1.3. “Ü”, yoxsa “u”

Ərəb-fars mənşəli sözlərin birinci hecasındakı “ü” saiti bəzən səhv olaraq “u” kimi yazılır.

Doğru

Yanlış

mübahisə

mubahisə

müasir

muasir

nümunə

numunə

 

1.4. “İ”, yoxsa “ü”

Ərəb-fars mənşəli sözlərin sonuncu hecasındakı “i” saiti bəzən səhv olaraq “ü” kimi yazılır.

Doğru

Yanlış

müdir

müdür

ümid

ümüd

 

1.5. “Ə”, yoxsa “a”

Çoxhecalı ərəb-fars mənşəli sözlərdə bəzən “ə” və “a” hərfləri səhv salınır.

Doğru

Yanlış

həyəcan

həyacan

təbaşir

tabaşir

salnamə

səlnamə

nəqərat

nəqarət

 

1.6. Qoşasaitli sözlər

Bəzi qoşasaitli sözlərdə səhv olaraq saitlərdən yalnız biri yazılır:

Doğru

Yanlış

müəllim

məllim

səadət

sadət

təəccüb

təccüb

 

Bir çox qoşasaitli sözlərin yazılışında bəzən yanaşı gələn saitlər arasına səhv olaraq “y” samiti əlavə olunur:

Doğru

Yanlış

daimi

dayimi

təbiət

təbiyət

teatr

tiyatr

 

Bəzi qoşasaitli mürəkkəb sözlərdə bəzən səhv olaraq birinci sözün son saiti yazılmır. 

Doğru

Yanlış

əmioğlu

əmoğlu

bacıoğlu

bacoğlu

əliaçıq

əlaçıq

 

1.7. “Ov”, “öv” hərf birləşmələri

Tərkibində “ov”,  “öv” hərf birləşmələri olan çoxhecalı sözlərdə bəzən bu hərf birləşmələri səhv olaraq “o”, “ö” və ya “ou”, “öü” kimi yazılır.

Doğru

Yanlış

dovşan

douşan

dovğa

doğa

tövbə

tö

 

1.8.

Rus dilində sonu “a” ilə bitən alınma sözlərdən aşağıdakılar “a”-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

1.9.

Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir, feil.

“Şeir” və “feil” istisna olmaqla bu sözlər saitlə başlanan hal və mənsubiyyət şəkilçiləri qəbul etdikdə söz kökündəki sonuncu sait düşür: ömür – ömrün, fikir – fikrə və s.

Qeyd: “əsl”, “əsil” sözü paronim sayılır: əsl – xalis, həqiqi, orijinal; əsil – nəsil, nəcabət, soy.

 

 

Sözlərdə samitlərin yazılışı

 

2.1. Cingiltili samitlə bitən sözlərin yazılışı

Sözlərin sonunda gələn b, d, g, c, z cingiltili samitləri bəzən səhv olaraq özlərinin kar qarşılığı kimi (p, t, k, ç, s) yazılır.

Doğru

Yanlış

corab

corap

bulud

bulut

nəhəng

nəhənk

çəkic

çəkiç

almaz

almas

 

2.2. Qoşasamitli sözlərin yazılışı

Yanaşı gələn kar samitlərdən ikincisi bəzən səhv olaraq özünün cingiltili qarşılığı kimi yazılır:

Doğru

Yanlış

ixtira

ixdira

tappıltı

tapbıltı

bitki

bitgi

 

Qoşa “q” ilə yazılan sözlərdə bəzən bu samitlərdən birincisi səhv olaraq özünün kar qarşılığı (k) kimi yazılır:

Doğru

Yanlış

saqqal

sakqal

doqquz

dokquz

 

Qoşa “y” ilə yazılan sözlərin bir çoxu bəzən səhv olaraq bir “y” ilə yazılır:

Doğru

Yanlış

əhəmiyyət

əhəmiyət

xeyriyyə

xeyriyə

 

Bəzən isə, əksinə, bir “y” ilə yazılan sözlər səhv olaraq iki “y” ilə yazılır:

Doğru

Yanlış

ehtiyat

ehtiyyat

tövsiyə

tövsiy

 

Sözdə “n” samiti “b”, “m” samitlərindən əvvəl gəldikdə bəzən səhv olaraq “m” ilə yazılır:

Doğru

Yanlış

sünbül

mbül

şənbə

şəm

tənbəl

mbəl

anbar

ambar

 

Kombayn, kombinat, kömbə, pambıq sözlərində “m” samiti deyildiyi kimi yazılır.

2.3. Qoşa samitlə bitən sözlərin yazılışı

Qoşa samitlə bitən təkhecalı sözlərdə bəzən səhv olaraq qoşa samitlər arasında sait səsi bildirən hərf yazılır:

Doğru

Yanlış

hökm

höküm

üzr

üzür

dövr

dövür

 

Eynicinsli qoşa samitlə bitən təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda söz kökündəki samitlərdən biri düşür:

Doğru

Yanlış

fənlər

fənnlər

xətsiz

xəttsiz

sirdaş

sirrdaş

 

2.4.

Bir sıra dillərdə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər Azərbaycan dilində bir samitlə yazılır:

Doğru

Yanlış

ekspres

ekspress

kilovat

kilovatt

sərhəd

sərhədd

hüsnxət

hüsnxətt

kiloqram

kiloqramm

 

2.5.

Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı “y” yazılmır:

Doğru

Yanlış

Qorki

Qorkiy

ssenari

ssenariy

profilaktori

profilaktoriy

sanatori

sanatoriy

 

2.6.

Rus dilində tərkibində “ц” (ts) olan ümumi isimlər “s” ilə yazılır:

Doğru

Yanlış

dosent

dotsent

konsert

kontsert

sement

tsement

lisey

litsey

 

Qeyd: Vitse sözü istisnadır.

2.7.

Xüsusi isimlərdə sözün əvvəlində “s”, sözün ortasında və axırında “ts” yazılır:

Doğru

Yanlış

Setkin

Tsetkin

Sialkovski

Tsialkovski

Motsart

Mosart

Muromets

Muromes

 

2.8.

Rus dilində tərkibində “щ” (şş) olan alınma sözlərin əvvəlində və axırında bir “ş”, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.

Doğru

Yanlış

Şedrin

Şşedrin

şotka

şşotka

Vereşşaqin

Vereşaqin

meşşan

meşan

 

2.9.

Rus dilində “г” (q) ilə yazılan əsli “h” samitli alınma sözlər “h” ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel. 

Doğru

Yanlış

hektar

qektar

hidrogen

qidrogen

himn

qimn

hospital

qospital

 

2.10.

Rus dilində “г” (q) ilə yazılan bir çox alınma sözlər incə saitli hecalarda “g” ilə yazılır: biologiya, dialektologiya, genezis, agent, general, geologiya, gigiyena, gimnastika, gitara.

Doğru

Yanlış

gitara

qitara

agent

aqent

general

qeneral

gimnastika

qimnastika

 

 

Bitişik, ayrı, yoxsa defislə

 

3.1. Aşağıdakı hallarda mürəkkəb sözlər bitişik yazılır:

1) müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə və bir vurğu ilə deyildikdə: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.

2) eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə “ba”, “ha”, “a” bitişdirici hissəciklərdən istifadə olunduqda: addımbaaddım, vurhavur, qaçaqaç.

3.2. Aşağıdakı hallarda mürəkkəb sözlər defislə yazılır:

1) yaxınmənalı və ya əksmənalı sözlərin birləşməsindən əmələ gəldikdə: dost-tanış, qohum-qardaş, adət-ənənə, gec-tez, böyük-kiçik, az-çox, ölüm-itim, kafe-restoran, ölüm-itim, kafe-restoran, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, gedər-gəlməz, bitməz-tükənməz, dinməz-söyləməz.

Qeyd: Bu kateqoriyaya –ar, -maz şəkilçiləri ilə düzələn fei bağlamalar da daxildir: yazar-yazmaz, gələr-gəlməz.

2) Sözlərin təkrarından yarandıqda: qaça-qaça, az-az, aşıq-aşıq, top-top.

3) Tərkibindəki sözlərdən biri və ya hər ikisi leksik mənaya malik olmadıqda: tör-töküntü, kağız-kuğuz, kələ-kötür, adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, sür-sümük,

4) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant. 

5) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal.

6) eyni leksik kateqoriyaya aid müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə: kilovat-saat, cənub-qərb, şimal-şərq, ədəbiyyatçı-alim, ədəbi-tənqidi, əfsanəvi-alleqorik.

3.3. Azaltma və çoxaltma dərəcəli sifətlərin yazılışı

1. Azaltma və ya çoxaltma dərəcəsi tünd, ala, açıq sözlərinin köməyi ilə yarandıqda sifətlər defislə yazılır: ala-çiy, tünd-qırmızı, açıq-sarı.

2. Azaltma dərəcəsi düzəldən kəm, təhər sözləri qoşulduğu sifətə bitişik yazılır: kəmşirin, turştəhər.

3. Çoxaltma dərəcəsi düzəldən zil sözü qoşulduğu sifətdən ayrı yazılır: zil qara.

4. Çoxaltma dərəcəsi m, p, r, s samitlərinin köməyi ilə düzələn sifətlər bitişik yazılır: dümdüz, qapqara, tərtəmiz, masmavi.

3.4. Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı

1. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.

2.Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.

 

 

Köməkçi sözlərin yazılışı

 

4.1.

İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş.

4.2.

Qoşmalar iki cür yazılır: 
1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək; 
2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün. 
Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.

4.3.

Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki. 

4.4.

İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.

4.5.

Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.

Qeyd:  -mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa, gəlsənə, torbanı doldursana? 
Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq? 

4.6.

Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha. 

4.7.

Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

 

 

Şəkilçilərin yazılışı

 

5.1.

“L” samiti ilə başlanan şəkilçilərin (-lı, -lıq, -lar, feil düzəldən -la, -lan, -laş və s.) qoşulduğu sözün son samitindən asılı olaraq şəkilçidəki “l” samiti tələffüzdə “d”, “r” və ya “n” samiti ilə əvəz olunur.

Doğru

Yanlış

oğlanlar

oğlannar

başlamaq

başdamaq

dumanlı

dumannı

buxarlanmaq

buxarranmaq

 

5.2.

Zərf düzəldən “-la” şəkilçisi, “ilə” bağlayıcısı və qoşması (eləcə də onların ixtisar forması olan -la, -lə) “-nan” kimi tələffüz olunur:

Doğru

Yanlış

qadınla

qadınnan

namusla

namusnan

səliqə ilə

səliqəynən

 

5.3.

İsmin çıxışlıq hal şəkilçisi (-dan, -dən) “m”, “n” samiti ilə bitən sözlərə qoşulduqda “nan” kimi tələffüz olunur:

Doğru

Yanlış

vaqondan

vaqonnan

babamdan

babamnan

 

 

 

5.4.

“A”, “ə” saiti ilə bitən sözlərə ismin yönlük hal şəkilçisi (-a, -ə, -ya, -yə) həmin saitlər “ı”, “i” kimi tələffüz olunur:

Doğru

Yanlış

baltaya

baltıya

dərəyə

dəri

 

5.5.

II şəxsdə olan feillərə keçmiş zaman şəkilçisi (-mış) artırıldıqda şəkilçinin son samiti (ş) düşə bilər: qaç-mı(ş)-san, gəl-mi(ş)-siniz.

5.6.

Keçmiş zaman (-ıb), gələcək zaman (-acaq) şəkilçisi qəbul etmiş feillər III şəxsin təkinə aid olanda çox zaman “–dır” şəkilçisiz işlənir: qaçıb(dır), gələcək(dir).

5.7.

İndiki və gələcək zaman şəkilçiləri qəbul etmiş feillərin sonundakı a, ə  saitləri ı, i, u, ü kimi tələffüz olunur:

Doğru

Yanlış

yaşayır

yaşıyır

bəzəyir

bəziyir

yoxlayacaq

yoxluyacax

anlayar

anyar

 

5.8.

III şəxsin cəmində işləndikdə -ır4 indiki zaman şəkilçisinin və -ar gələcək zaman şəkilçisinin samiti [l]  kimi tələffüz olunur:

Doğru

Yanlış

qaçırlar

qaçıllar

baxarlar

baxallar

 

5.9.

II şəxsin cəmində feillərin yazılışı ilə tələffüzü fərqlənir:

Doğru

Yanlış

görürsünüz

görürz

qayıtdınız

qayıtdız

oxuyacaqsınız

oxuyacaxsız

gəlməzsiniz

gəlməzsiz

 

5.10.

-varı şəkilçisi bəzən səhv olaraq “vari” kimi yazılır.

Doğru

Yanlış

buynuzvarı

buynuzvari

qalxanvarı

qalxanvari

yüngülvarı

yüngülvari

 

 

Mürəkkəb adların yazılışı

 

6.1.

Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...

6.2.

Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.

6.3.

Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası... 
Qeyd: Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.

6.4.

Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti. 

6.5.

Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi. 

6.6.

Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, "Azərbaycan Bayrağı" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti, "Cücələrim" kafesi, "Bahar" mağazası, "Badamlı", "İstisu" mineral suları... 
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası.

6.7.

Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanımvə s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım.

6.8.

İxtisarlar (abreviaturlar) üç cür yazılır: 
a. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: 
AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild);

  • Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi);
  • sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod):

6.9.

İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin.

https://www.azleks.az

www.urmu.eu

damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1
damga_1

Azərbaycan dilinin orfoqrafiya qaydaları

orfoqrafiya.pdf
damga_1
damga_1

Urmu Dili

Urmu